Türkiyədə bu ilin yanvar aından noyabradək həyata keçirilən saqqız ixracı ötən illə müqayisədə 40 faiz artaraq 64,5 milyon dollara çatıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədən saqqız ixracatında ilk sıranı təxminən 26 milyon dollarla İraq alıb. İran 2 milyon 183 min dollarla ikinci, Almaniya 2 milyon 94 min dollarla 3-cü sırada yer alıb. Azərbaycan isə bu sırada 5-ci sıradadır.
Türkiyədən bu il 60 ölkəyə 14 ton saqqız göndərilib. Azərbaycan Türkiyəyə saqqız ixracına görə illik 1 milyon 746 min dollar ödəyir.