Lisenziyası ləğv edilmiş "DəmirBank ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq.
Əmanətçilər əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank ASC-nin lisenziyası ləğv edilib.