Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş "Dəmirbank ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bankın bağlanmasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, o, "Reporta qısa açıqlamasında bunları deyib: "Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm.