Növbəti ildə əmək pensiyalarının, aylıq əməkhaqqlarının artaçağı gözlənilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir həmçinin gözlənilən yeniliklərdən də bəhs edib.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, gələn il fəaliyyətə başlayacaq işsizlikdən sığorta sistemi iş yerini itirmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradan İşsizlikdən Sığorta Fondunun formalaşmasına səbəb olacaq. Bunu Əmək və Əhalinin sosial mdafiə naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, 2018-ci ildə məşğulluq sahəsində maliyyələşdirmə üçün ayrılan xərclərin cari ildəkinə nisbətən 3,2 dəfə artırılmasına imkan verəcək.
Gələn il ərzində İşsizlikdən Sığorta Fonduna toplanması gözlənilən 89 mln manat vəsaitin 33,5 mln manatının işsizliyə görə sığorta ödənişlərinə, 35,8 mln manatının isə 7 minə yaxın ailənin bu proqramla əhatə olunmasına yönəldilməsi nəzərdə tutulur. Proqrama cəlb olunan ailələrdə orta hesabla 4-5 nəfərin olduğunu nəzərə alsaq, təkcə bu il ərzində özünüməşğulluq proqramının 5-6 min nəfər civarında insanın rifahında müsbət dəyişikliklərə şərait yaratdığını, gələn il isə əlavə olaraq, daha 30-35 min insanın yaşayışında yaxşılaşmaya imkan verəcəyini qeyd etmək olar.
Səlim Müslümovun sözlərinə görə, 2018-ci il ərzində də əmək bazarı göstəricilərində yaxşılaşma prosesinin davam edəcəyi, həmçinin aylıq əməkhaqqının 550 manata çatacağı gözlənilir.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqdadır deyə nazir bildirib.
Ümumilikdə, fondun gələn ilki büdcəsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini davam etdirməyə və bu tədbirlər nəticəsində 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,9 faiz artaraq 216,5 manata çatmasına imkan verəcək.