Azərbaycanda "halal hotellər olmasa da, onlara tələbat kifayət qədərdir.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu tip hotellərə marağın yüksək olmasına baxmayaraq, onlar hələ ki, fəaliyyət göstərmirlər: "Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, "halal hotel olmasa da, hotellərdə dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmirlər. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, müştərinin istəyi nəzərə alınsın. Lakin buna baxmayaraq, hotellər yenə də tam "halal hotel kimi xidmət göstərmirlər.
Mütəxəssis qeyd edib ki, Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir.
R.Səfərov qeyd edib ki, Azərbaycanda bundan sonra tikiləcək bəzi hotellər "halal standartlarını nəzərə almaqla, inşa edilməlidir: "Azərbaycanda "halal turizmini inkişaf etdirmək üçün maarifləndirmə işləri aparılmalı, "halal hotellərdə işləmək üçün mütəxəssislər yetişdirilməlidir".
Bir çox ölkələrdə "halal hotellərin yaradıldığını deyən R.Səfərov qeyd edib ki, Türkiyə "halal turizmi inkişaf etdirməklə 2023-cü ilədək il ərzində 50 milyon turist qəbul etməyi, turizmdən 10 milyard gəlir əldə etməyi hədəf götürüb.
R.Səfərov onu da qeyd edib ki, "halal turizm turizmin bir növü olmasa da, turizm istiqamətlərindən biridir: "Turizmin dünyada 200-ə qədər istiqaməti var. Bu istiqaməti bazar tənzimləyir. Ola bilsin ki, müəyyən müddət keçdikdən sonra "halal turizm də turizmin bir növü olsun.