Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.

Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.