Azərbaycanın 2018-ci il dövlət büdcəsindən "Bakı Metropoliteni QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrəlacaq.
Unikal.org-un məlumatına görə, "Report bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.
Qeyd edək ki, parlamentdə müzakirə olunan büdcə layihəsində bu subsidiyanın məbləği ilkin olaraq 89 mln. manat qeyd olunmuşdur.
Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində "Bakı Metropoliteni QSC-yə verilən subsidiya 30,0 mln. manat təşkil edib. Bu da 2018-ci ildə Cəmiyyətə ayrılan yardımın 50% artmasını göstərir.
Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində "Azərbaycan Hava Yolları QSC-yə 10,0 mln. manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48,1 mln. manat, Dövlət Dəniz Adminstrasiyasına 4,472 mln. manatın ayrılması planlaşdırılır.