Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşib.

Bu qanunlar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir".

Qeyd edək ki, ötən il prezident tərəfindən ehtiyac meyarı 116 manat məbləğində təsdiq edilmişdi.