İranlıların etiraz aksiyasında iştirak etməsi onların konstitusiya hüququdur.
Unikal.org-un "Press TV"yə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
İran prezidenti vurğulayıb ki, tənqid zorakılıqdan fərqlənir: "Etirazlar, tənqid - insanların konstitusiya hüququdur... Tənqid dövlət mülkiyyətinə ziyan vuran zorakılıqdan fərqlənir".