Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Xantı-Mansiy - Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.
İlkin məlumata əsasən, 10 nəfər ölüb.
Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir.