Türkiyədə  dizelə 0,5% biodizelin əlavə edilməsi ilə bağlı qərarın tətbiqinə başlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanacaq bazarında satılan hər 200 litr dizelin tərkibində 1 litr biodizel olacaq.

Qeyd edək ki, müvafiq qərar Türkiyə Enerji Bazarına Nəzarət İdarəsi tərəfindən 2017-ci ilin iyun ayında qəbul olunubvə biodizelin dizellə qarışdırılması ilə bağlı minimum həddin müəyyən edilməsindən sonra bu il yanvar ayının 1-dən qüvvəyə minib. Dəyişiklik nəticəsində dizelin tərkibinə kənd təsərrüfatı məhsullarından və ya istifadə olunmuş bitki tərkibli yağlardan istehsal olunmuş biodizel qatılacaq.