Braziliyada qadınların narazılığına səbəb olan qanun layihəsi hazırlayıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Xalq Məclisi Komissiyasının hazırladığı qanun layihəsinə görə, abortun bütün hallarda qadağan edilməsini nəzərdə tutulub.

Bu da minlərlə qadının ciddi narazılığına səbəb olub. Buna etiraz edən minlərlə qadın aksiya keçirib. Maraqlıdır ki, bir çox kişilər də onlara qoşulub. Məclisdə müzakirələr zamanı isə qanun layihəsinin əlehyinə olanlar təcavüz nəticəsində hamilə qalanlara abort üçün icazə verilməsini tələb ediblər. 

Yeni qanun layihəsinin yaxın zamanlarda səsverməyə çıxarılacaq. Məlumatlara görə, Braziliyada hər il 6 minə yaxın qadın abort etdirir.