Tacikistanda Yeni il bayramı yasa dönüb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bayram  zamanı 4 nəfər plovdan zəhərlənib.

Həmin şəxslər xəstəxanaya yerləşdirilsə də həyatlarını xilas etmək mümkün olımayıb. Plovdan daha bir neçə nəfər zəhərlənib və onların vəziyyəti ağır olaraq qalır.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb plova natrium-nitrat maddəsinin düşməsi səbəb olub.

Hazırda bu maddənin yeməyə necə düşməsi araşdırılır.