İranda 6 yaşlı əfqan qız Sitayiş Qüreyşi zorlayaraq qətlə yetirən yeniyetmə Əmirhüseyn Purcəfər dara çəkilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zorlama və qətl hadisəsi 2016-cı ilin aprel ayında İranın Vəramin şəhərinin Xeyrabad kəndində baş verib. Qətl törədərkən hələ 17 yaşına çatmamış qatil dondurma almaq üçün küçəyə çıxan Sitayişi oğurlayaraq evlərinə aparıb, zorladıqdan sonra qətlə yetirib.

Qatil il yarımdan çox həbsdə saxlandıqdan sonra 18 yaşına çatan kimi edam edilib.