Türkiyə ilə Fransa arasında uzaq məsafəli raketlərin alqı-satqısı barədə saziş imzalanıb.

Unikal.org-un məlumatına görə, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri çərçivəsində baş tutub.

Qeyd olunur ki, saziş "Aster-30 Block 1 NT uzaq məsafəli raketlərin alqı-satqısını nəzərdə tutur.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edib. Səfər zamanı o, fransalı həmkarı Emmanuel Makronla görüşüb.