Müğənni Xatirə İslam "5/5" verilişinin qonağı olub.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, sənətçi aparıcı Zaur Kamalın "Sosial şəbəkədə hamı yazır ki, Xatirə çox dəyişib" sözlərinə belə cavab verib:
"Burnumdan başqa heç bir plastik əməliyyat etdirməmişəm. Etdirənlərə də pis baxmıram. 5 ildən sonra mən də etdirəcəm. Ola bilsin, hərdən makiyaj ustalarımı dəyişirəm, ona görə fərqli görünürəm. Həm də yaxşı kremlərdən istifadə edəndə yaxşı olur".
Xatirə sosial şəbəkə paylaşımlarından, şərhlərdən söz açıb:
"Elə şəkillər olur ki, şərh yerini bağlamaq lazımdır. Bəzi müğənnilərimiz, elə özüm də hər şeyi paylaşmamalıyıq. Bəzi insanlar var ki, xahiş edirbunu paylaşın. Pul qazanmaq istəyir, deyir, reklam et. Gərək bizmüğənnilər hər şey paylaşmayaq. Bu cür şeylər sənət adamlarını qiymətdən salır. Dost, tanış xahiş edəndə məcbur edirəm.Sənət adamı özünə hörmət etməlidir. Elə şey var reklam etmək olar. Amma gedib bir tikə çörək yeyib, İnstaqramda restoran sahibinə təşəkkür edirlər. Bir tikə çörəyəgörə təşəkkür etmək olmaz. Acından ölsən belə, gərək etməyəsən.
Mənə Almaniyadan zəng gəldi ki, konsert var sizi də çağırırq. Gördüm ki, bunlar qonorar haqda danışmır. Dedilər ki, biz pul ödəmirik, ancaq müğənninin yolpulunu, yeməyini ödəyirik. Beş-altı müğənni razılaşıb bunla. İstəmirəm Azərbaycan müğənnisinə bu cür hörmət qoyulsun. Bir uçuşa, İnstaqrama şəkil qoyub, "Almaniyadayam" yazmağa görə belə etmək olmaz. Türkiyənin dünən səhnəyə çıxan müğənnisini belə pulsuz bura gətirə bilməzsən".