Fransız müğənni Frans Qall 70 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki,bu barədə baza günü, yanvarın 7-də, "France Info nəşri məlumat yayıb.
Qeyd olunur ki, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.
Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.
Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, "Eurovision müsabiqəsində "Poupée de cire, poupée de son mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib.