İstanbulda bir tibb bacısı, sevgilisi olduğu həkim haqqında yalan məlumat verdiyi üçün 242 il 4 ay müddətinə həbs edilməsi üçün cinayyət işi açılıb.
Doktor Ş.E., eyni yerdə çalışdığı tibb bacısı A.B. ilə sevgili olub. Cütlük ayrıldıqdan sonra A.B. iş yerini dəyişib. Amma sonradan tibb bacısı ayrıldığı həkimin həyatını cəhənnəmə döndərib. Belə ki, tibb bacısı müəyyən xanımlara sifarişi əsasında polisə həkimdən şikayyət olunub. Bildirib ki, həkim müayinə əsnasında onlara təcavüz edib. Şikayyətçilərin sayı 24 nəfər olub.
Passentlərin şikayyət siyahısı əsasında məsələ ilə bağlı hüquq-mühafizə orqanları istintaq aparıb və məlumatın yalan olduğunu üzə çıxıb. İstintaqı dərinləşdirən prokurorluq, siyahıda adı olan şəxslərin bir çoxunun müayinədə olmadığı ortaya çıxarıb. Hadisənin sifarişçisini telfon zəngləri ilə müəyyən edən polis, bunun həkimin keçmiş sevgilisi olduğu müəyyən edib. Dərhal "böhtan, şəxsi məlumatları icazəsiz istifadə, təhqir" maddəsi ilə tibb bacısına cinayyət işi açılıb və
242 il 4 ay müddətinə həbs olunması qərarının verilməsi təlab olunub.
İfadəsi alınan tibb bacısı ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.