Müğənni Xatun rəqqasə Fatimə Fətəliyevanı döyüb.
Unikal.org "Ölkə.Az"a istinadən bildirir ki, hadisə rəqqasəyə məxsus məkanda baş verib. Bildirilir ki, tərəflər arasında münaqişə Xatunun da xına evi açmasından sonra yaranıb:
"Xatun xına mərkəzi açandan sonra əlli faiz endirim elədi. Bu da Fatimənin xoşuna gəlmədi. Ondan sonra aralarında münasibətlər gərginləşdi. Fatimə də buna görə Xatunun qardaşı Balaşı işdən çıxardı. Dava zamanı Fatimənin qızı da ordaydı. Qız heç nəyə qarışmadı, halı pisləşdi".
Əməkdaşımız məsələylə bağlı rəqqasə Fatiməylə əlaqə saxlamağa çalışıb. Rəqqasənin telefonuna cavab verən meneceri Aytac Bayramzadə faktı təsdiqləsə də, baş verənlər barədə danışmaq istəmədiklərini söyləyib:
"Fatimə xanım bu barədə danışmaq istəmir. Elə bu cür də yazın. Çünki hər şey daxildə danışılıb, bitib. Hazırda sənət fəaliyyətinin iyirmi illiyinə hazırlaşır. Heç bir xəsarəti yoxdur".