Sabirabadda 49 yaşlı kişi özünü asaraq intihar edib.
Unikal.org apatv-yə istinadən xəbərinə görə, hadisə Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.
Kənd sakini, 49 yaşlı Fətəli Ağallə oğlu Qurbanov özünü evinin mətbəxində asaraq intihar edib. Ailədə yaşanan problemlər üzündən həyat yoldaşı və uşaqlarının evdən getməsinə dözməyən ailə başçısı əvvəlcə evinə od vurub, sonra da mətbəxə keçərək özünü asıb.

Mərhumun qardaşı Sədrəddin Qurbanov bildirib ki, başları yanğını söndürməyə qarışdığından, Fətəlinin intiharından bir az gec xəbər tutublar: "Axşam gördüm ki, evin otağından alov çıxır. Qışqırıb qonşuları köməyə çağırdım. Başladıq evi söndürməyə. Təəccübləndim ki, bəs görəsən, qardaşım hardadır? Keçdik mətbəxə, artıq gec idi, intihar etmişdi".

Yaxınlarının sözlərinə görə, son günlər Qurbanovlar ailəsində bir neçə dəfə ailədaxili mübahisələr yaranıb. Fətəli Qurbanovun qaynı öz bacısını, bacısı uşaqlarını və həyətdəki qoyun-quzuları götürərək öz evinə aparıb. Bu isə ailə başçısına təsirsiz ötüşməyib.