Gürcüstanda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində "qanuni oğruların yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib ki, qruplaşma üzvləri "oğru dünyası ilə əlaqədə şübhəli bilinirlər.
O bildirib ki, saxlanılan "Çiki, "Buba və "Amberquna ləqəbli kriminal avtoritetlər və daha üç nəfər Türkiyədə olan gürcü "qanuni oğrularla sövdələşərək, bəzi vətəndaşların pullarını mənimsəyiblər. Həmin şəxslər həmçinin hədə-qorxu və fiziki təzyiq göstərməklə, tanışlarından pul və narkotik vasitələr tələb ediblər.
Həmin şəxslərin evlərində aparılmış axtarış zamanı silah-sursat, onların "oğru dünyasına aid olduqlarını sübut edən mobil telefonlar və digər məlumat mübadilə vasitələri müsadirə olunub. Cinayətkar qruplaşma üzvlərini 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.