Türkiyənin İğdır Vilayətinin Yayıcı köyü qəsəbəsində iki mərtəbəli evdə yaşamış 74 yaşında, 10 uşaq anası Şefika Severi bıçaqla öldürən Azərbaycanlı 23 yaşlı T.R polis tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, polis cinayətkarı 24 saat ərzində saxlaya bilib.
Hadisə ilə bağlı İğdır Təhlükəsizlik Xidmətinin rəhbəri Melih Ekinci deyib ki, cinayətkar hadisəni törətdiyini təsdiqləyib və hazırda istintaq işi gedir:
"23 yaşlı Azərbaycanlı sözügedən ərazidə yaşayırmış. O qadının tək yaşadığını bilirmiş. Yaşlı qadının ev işlərin görür, ondan dolanışıq üçün pul da alırmış. Amma o, qadının etdiklərinə xəyanət edərək bu cinayəti törədib. Onu bıçaqla öldürüb.