"Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır.
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşündə bildirib.
Səfir bildirib ki, ölkəsi münaqişənin həlli istiqamətində fəaliyyətlərini davam etdirir.
Sekuta, həmçinin diqqətə çatdırıb ki, o, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib.
Qeyd edək ki, fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə maraqlanıblar.