Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilk iclasının vaxtı məlum olub.
Unikal.org-un xəbərinə görə, iclas fevralın 6-da MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.