ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tseretelinin Azərbaycana səfərinin vaxtı məlum olub.
ATƏT PA-nın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, G. Tsereteli regiona səfəri çərçivəsində martın 8-9-da Ermənistanda olacaq.
Daha sonra ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək.
O, martın 13-də Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.