Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqındasərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Prezidentin növbəti sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynovu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.