Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyan rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul fevralın 22-i saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli 126) keçiriləcək.

Görüşdə Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətti, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.