Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "Fastfood hazırlayan "McDonalds və "KFCməhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

Unikal.org  xəbər verir ki, həkim modern.az-a müsahibəsində qeyd edib ki, Fastfood yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır:

"Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, "McDonaldsda oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. "McDonaldsdakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.

"McDonalds bir nümunədir, əslində bütün "KFClərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. "KFClərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız "doktorskaya kolbalasları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl "Teksun, "Sananın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir".