Türkiyə 2017-ci ildə işləmək üçün icazə verdiyi xarici ölkə vətəndaşlarının sayını açıqlayıb.

Unikal.org xəbər verir ki, Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ölkədə işləmək üçün 2 mindən çox Azərbaycanlıya da icazə sənədi verilib.

20 min 970 Suriya, 7 min 317 Gürcistan, 6 min 360 Qırğızıstan, 5 min 761 Ukrayna, 4 min 288 Çin, 3 min 847 Türkmənistan, 3 min 55 Hindistan, 2 min 465 Özbəkistan, 2 min 449 Azərbaycan və 2 min 390 Rusya vətəndaşına Türkiyədə işləmək üçün icazə sənədi verilib.