Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Petro Poroşenko arasında telefon danışığı olub. Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, D.Peskovun sözlərinə görə, telefon danışığı fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutub. Ukrayna Prezidenti "An-148 təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezidentlər Minsk sazişinin yerinə yetirilməsinin gedişatını və Kiyev ilə Donbas arasında əsirlərin dəyişdirilməsi məsələsini müzakirə ediblər.