Bakıdan 15 fevraldan, Köçərlidən isə 16 fevraldan etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə olacaq.

Bu barədə unikal.org-a "Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Qeyd edək ki, fevralın 13-də Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkətinin dayandırıldığı bildirilmişdi.