Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə edilib.
Unikal.org-un xəbərinə görə, MSK-nın katibi Arifə Muxtarova Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət etdiyini bildirib.
Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.