Fevralın 15-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Bu barədə unikal.org-a "Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Məlumata görə, Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı "Texniki fasilənin verilməsi ilə əlaqədar olaraq, 15-20 fevral Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.