Şəhid Mahir Quliyevin məzarı önündə çəkilən foto yayılıb.

Unikal.org A24.Az-a istinadən xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Mahir Quliyevin sevgilisi "Sevgililər günündə məzarını ziyarət edib.

Yayılan foto hər kəsi kövrəldib.

Qeyd edək ki, Quliyev Mahir Qədir oğlu 1993-cü ilin dekabrında dünyaya gəlib. Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı ilə təltif edilib.