Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində maraqlı anlar yaşsnıb.

Unikal.org xəbər verir ki, ötən gün alverçilərin aldanılmasından danışan aparıcı bu dəfə alıcıların aldanılmasından söz açıb. Belə ki, qəfil bazara yaxınlaşan aparıcı tərəzilərə edilən bəzi fırıldaqların üstünü aça bilib. 

Qeyd edək ki, "satıcıların aldanılması!" başlıqlı veriliş sosial şəbəkələrdə yanlış anlaşılıb. Kimisi aparıcının söylədiklərini, kimisi də ekranda yazılan yazıları oxumamışdı. Verilişin ardı yayımlanandan sonra bütün məsələlərə aydınlıq gətirilib. Həmin verilişi sizə təqdim edirik.

Qeyd edək ki, bu axşam siqaret çəkən məktəblilər və uşaqlara satılan siqaretlərdən görüntülər sizə təqdim ediləcək. Axşam saat 19:55 də Space Tv-də

Diqqət: Sizə maraqlı gələn , araşdırlmasını istədiyiniz mövzuları Amil Xəlilin şəxsi instagram səhifəsinə yaza bilərsiz (instagram: amilxelil )