Xəbər verdiyimiz kimi, dünən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dərsə gecikən 2 tələbəyə - Famil Babayev və Abusupyan Adıyevə zəngli saat hədiyyə edib. Həmin gənclər BANM-in dərslərinə ən çox gecikən tələbələrdir. Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.

Unikal.org xəbər verir ki, rektorun bu addımı sosial şəbəkələrdə ciddi qınağa səbəb olub. Belə ki, video sujeti izləyənlər bildirirlər ki, rektor bu addımı ilə tələbələrin dərsə gecikmələrinə haqq qazandırır və onların təhsil aldığı müəssisədə ərköyünlüyünə rəvac verir.

Yaxşı olardı ki, rektor onlara zəngli saat verməkdənsə, cəzlanmalandırmalarına dair tədbir görərdi.

Elmar Qasımov əksinə tələbələri cəzalandırmaq əvəzinə onları mükafatlandırır. Hələ üstəlik də sözügedən tələbələr gələcəkdə də dərslərə gecikərlərsə hər hansı bir cəza ilə qarşılaşmayacaqları ilə ümidləndirir.

Həmin video sujeti oxuculara təqdim edirik: