"Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişindəbu axşam olduğca maraqlı mövzuya toxunulacaq.

Unikal.orgxəbər verir ki, son zamanlar bağça və məktəblilərin piyada keçidindən keçən zaman bədbəxt hadisənin qurbanına çevrilməsi yaradıcı heyətin diqqətindən qaçmayıb. Aparıcı bu dəfə bağçaların vəməktəblərin önünə yollanıb. Anonslardan da gördüyünüz kimi keçidin yanındaəksər sürücülər əyləcə toxunmur. Əksinə sürəti artırır...

Azərbaycanda süni maneələr qanunla quraşdırıla bilərmi? Kim etməlidir? Hara müraciət olunmalıdır? Bu və digər sualların cavabı bu axşam "Space Tv-də 19:55 də Amil Xəlilin təqdimatında "Olar? Olmaz!" verilişində izləyə bilərsiniz...