Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniy adlı şəxsi bıçaqlayaraq öldürüb.
Məlum olub ki, Sənan Əzimovla Rüfət Polejniy qonşu olublar. Sənana bir neçə ay əvvəl Rüfətə borca pul verib. Lakin Rüfət borcu qaytarmayıb. Sənan dəfələrlə pulu tələb etsə də, Rüfət ona əhəmiyyət verməyib.
Bu səbəbdən dünən axşam saatlarında mübahisə ediblər, mübahisə qanlı cinayətlə nəticələnib.
Rüfəti ürəyindən bıçaqla vuran Sənan Əzimov polisə gələrək təslim olub.
Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.