Rusiya vətəndaşı olan çeçen cinayətkar Zaur Dombayev Ukraynada tutulub.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb. 56 yaşlı Dombayev kriminal aləmdə "Həsən ləqəbi ilə tanınırdı. O, Ukrayna ərazisində qanunsuz olaraq yaşayırdı. Ukrayna polisi, həmçinin, Dombayevin mütəşəkkil cinayətkar qrupunun üzvü olduğunu bildirib.

O, Vışqorod şəhrində saxlanılıb. Saxlanıldıqdan sonra "Həsən ölkədən deportasiya edilib və Kiyev- Moskva qatarı ilə Moskvaya göndərilib. Dombayevin 3 il müddətinə Ukrayna ərazisinə girişi qadağan edilib. Dombayev, ağır cinayətlər törədən cinayətkar qrupların fəaliyyətinə nəzarət etdirdi.

Onun Ukraynada bir çox cinayətkar dəstəsinin liderləri ilə münasibəti olduğu da müyyən edilib.(yenicag.az)