Bakının Binəqədi rayonunda 81 yaşlı kişi 13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.

Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy Detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.