Xocalı soyqırımının 26 illiyi ilə bağlı İtaliya senatının kitabxanasında tədbir keçirilib. 

Unikal.org xəbər verir ki, tədbir ilk olaraq tanınmış yazarlar Amir və Arie Qutanın müəllifi olduğu "Ağrı kitabının təqdimatı ilə başlayıb. Kitab italyan dilində çap olunub.

Qeyd edək ki, bu kitab İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Təşkilatının, Azərbaycanın İtaliyadakı səfirliyinin və İtaliyaya məxsus nəşriyyatın təşəbbüsü ilə işıq üzü görüb. Yəhudi müəlliflərinin yazdığı "Ağrı romanın Xocalı soyqırımı həqiqətlərini tamlıqla oxucuya çatdırmaq gücündə olan bir romandır. Tədbirdə müəlliflərin və qonaqların çıxışından sonra isə "Space TV-nin prezidenti, tanınmış rejisor Vaqif Mustafayevin çəkdiyi "Ağrını içimizdən çəkək sənədli filminin İtaliyada ilk dəfə nümayiş olundub. Film, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət kompaniyası çərçivəsində ərsəyə gətirilib.