"Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır".

Unikal.org-un məlumatına görə, bunu Mətbuat Şirasının sədri, deputat Əflatun Amaşov deyib. 

O bildirib ki, Azərbaycanda mövcud jurnalistlərin 60 faizi qadınlardır: "Biz şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir".(apa)