Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev idarə rəisini işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlax Gömrük idarəsinin rəisi Məhəmməd Qasımovu vəzifəsindən azad edib. 

Yevlax Gömrük idarəsindən saytımıza bildirilib ki, Məhəmməd Qasımov vəzifəsindən azad olunub, hələki yerinə təyinat yoxdur.