"Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanova sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən şəxslər tərəfindən onun ünvanına səsləndirilən ittihamlara cavab verilib.

A.Alışanovun vəkili Zaur Abasov unikal.org-a açıqlamasında bildirib ki, AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov və digərləri müvəkkilinin ünvanına səsləndirdikləri "fikirlərin heç bir əsası yoxdur:

"Şücayət Əkbərov bu gün məhkəmə prosesində AzTV sədrinin ünvanına bəzi "fikirlər səsləndirib. O, bu ifadəni ilkin istintaqda da vermişdi. Şücayət Əkbərovun ifadəsi dərhal istintaq işini aparan müstəntiq tərəfindən araşdırılmış və heç bir nəticə ortaya çıxmamışdı. Bu səbəbdən də, o, gülünc vəziyyətə düşdü. Belə açıqlamar verməklə Arif Alışanova şər və böhtan atır. Onun bu cür ifadə verməsinin əsas səbəbi hazırda məhkəmə qarşısında olmasıdır. O, bu yalanlarını proses boyu davam etdirə bilər. Amma bir daha bəyan edirik ki, Şücayət Əkbərov və digərlərinin Arif Alişanov haqqında dediklərinin heç bir əsası yoxdur.

Vəkili həmçinin əlavə edib ki, Arif Alışanov bir həftə sonra bilib ki, həmin şəxslər ona qarşı bir neçə dəfə sui qəsd etmək cəhdinə görə tutulublar:

"Bunlar ötən ilin yanvar ayında cinayət başında həbs ediliblər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin peşəkar əməkdaşları tərəfindən sözügedən şəxslərin Arif Alışanova sui-qəsd cəhdinin qarşısını alaraq həbs ediblər.