Türkiyədə keçirilən əməliyat zamanı qaçaqmalçılıqla məşğul olan Azərbaycanlı qadın saxlanıldı.
Unikal.org xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində sərnişin avtobusunda aparılan axtarışda xalçaya bükülü üzəri badamla örtülü qutularda 5 min 810 paket gömrükdən gizlədilmiş siqaret aşkarlanıb.
Ərzurum Polis, Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları avtobusda axtarış apararkən qaçaqmalın Azərbaycan Respublikasının vətəndaşı olan Azada A.-ya aid olduğunu müəyyənləşdirib.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları həmin qadına aid baqajda əlavə olaraq gömrükdən gizlədilmiş 41 içki şüşəsi də aşkar edib.
Cinayət məsuliyyətinə cəlb edilən Azada A məhkəmənin qərarı ilə həbs edilib.