Ceyranbatanda mart ayının 2-də evə silahlı basqın edən şəxslərin kimliyi bəlli olub.
Unikal.org report-a istinadən xəbər verir ki, rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən iki nəfər, 1981-ci il təvəllüdlü Rafiq İlham oğlu Ağayev və 1987-ci il təvəllüdlü Elnir Elbrus oğlu Axundov ötən gecə saxlanılıblar.
Qeyd edək ki, martın 2 -də Ceyranbatan qəsəbə, Gündüz Abdullayev küç,ev 5 A ünvanına naməlum şəxs tərıfindən silahlı hücüm olub. Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə zamanı bıçaqla qadın və qızı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı Abşeron rayon polis idarısində araşdırma aparılır.