Göygöldə oğurluq faktının üstü açılıb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, fevralın 26-da rayonun Şəhriyar kəndində Familə Rəhimovanın evinə qanunsuz daxil olan şəxs oradan müxtəlif məişət əşyaları götürüb.
Polisin şikayət əsasındsa apardığı əməliyyatla daha əvvəl də məhkumluq həyatı yaşayan 30 yaşlı Söhrab Elləzov saxlanılıb.
Söhrab Elləzov - Saxlanılan şəxs: "Bilirdim ki, evdə heç kim yoxdu. Qızıl, pul elə bir şey fikrimdə olmayıb. Girdim qabağıma elə bunlar çıxdı, onları götürdüm. Götürdüklərimi də şəhərdə satdım. Televizoru 55 manata, qazanı da 120 manata satdım. Pulu da xərclədim.
Fakt araşdırılır.