Azərbaycanda reklam lövhəsinin dəyişdirilməsi hər kəsin diqqətini çəkib. Belə ki, reklam lövəsinin dəyişdirilməsini göstərən vide sosial şəbəkələrdə paylaşılıb.

Unikal.org xəbər verir ki, hadisə Masazır ərazisində baş verib. Videoda görünür ki, fəhlələrdən biri kran vasitəsilə reklam lövhəsinin üstünə qaldırılır. Daha sonra ekskavatorun köməyi ilə billboarda bəzi dəyişikliklər edərək aşağı düşür.

Xoşbəxtlikdən hər hansı bir xoşagəlməz hadisə baş verməyib. Bu görüntülər heç də birmənalı qarşılanmayıb və tənqid olunub.