"Real TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Unikal.org xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, "Real TV-nin martın 12-dən sonra "Azərspace-1 peykində yayıma başlayacağı nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.