Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.
İdarədən Unikal.org-a daxil olan məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.